Xocasənlilər qaza görə yolu kəsdilər

0
517

Xocasən qəsəbə sakinləri Bakı-Xocahəsən yolunu kəsməyə cəhd ediblər.

Bunu Meydan TV-yə hadisə şahidləri bildiriblər.

Hadisə yerinə gələn Post Patrul Xidmətinin əməkdaşları sakinlərin yolu kəsmələrinə mane olub.

Etiraz aksiyasının iştirakçıları deyib ki, yağışlı havada onları bir araya gətirən problemləridir, evlərinə qaz gəlmir.

Xocasənlilərin bildirməsinə görə, 4 ildən çoxdur ki, qəsəbəyə qaz verilmir. Balon qazından istifadə etdiklərinə görə evi yananlar da olub.

Aksiyanı eşidib gələn Xocasən bələdiyyəsinin sədri Anar Abbasov bildirib ki, hava sərtləşdiyinə görə ümumi qaz çatışmazlığı yaranıb. Sakinlər isə yay-qış qazsız yaşadıqlarını deyir.

Xocasənlilərin etirazlarından sonra hadisə yerinə gələn Binəqədi rayon Qaz İstismarı İdarəsinin nümayəndəsi də bildirib ki, yaxın vaxtlarda qaz veriləcək.

BIR CAVAB BURAXIN