“XİN rəhbərlərinin indiki görüşünə ATƏT və Minsk qrupu xüsusi diqqət yetirirlər”

0
99

 “Ermənistanın Baş naziri Nikol Paşinyan həll variantına dair danışıqların nəticələrini açıqlayıb və hansı məsələlər barədə razılaşmaya gəlindiyi bildirilib. Amma bu hələ o demək deyil ki, Ermənistan tərəfi bu variantı qəbul edib. Orada 7 rayonun qaytarılması məsələsi də var. Hər halda danışıqlar prosesi yerində sayıb qalmamalıdır və qala da bilməz”.

Bunu Azadinform-a politoloq Qabil Hüseynli Azərbaycan və Ermənistan XİN rəhbərlərinin iştirakı ilə keçiriləcək görüş barədə danışarkən deyib.

Politoloq qeyd edib ki, danışıqlar hər hansı bir nəticə verməlidir: “Xarici İşlər nazirlərinin indiki görüşünə ATƏT və Minsk qrupunun nümayəndələri xüsusi diqqət yetirirlər. Çünki bu məsələ hər halda bir prosesin başlanğıcını qoya bilər. Ən azından Serj Sarkisyanın başlatdığı prosesin yavaş-yavaş da olsa başlanğıcını qoya bilər”.

Qeyd edək ki, yanvarın 29-30-da İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlərinin görüşünün keçirilməsi nəzərdə tutulur.