Ev Gündəm Xatunla Rəqsanə qalmaqalı böyüyür: “Onun-bunun ərindən bic doğmaq…

Xatunla Rəqsanə qalmaqalı böyüyür: “Onun-bunun ərindən bic doğmaq…

0
600
Xatunla Rəqsanə qalmaqalı böyüyür: "Onun-bunun ərindən bic doğmaq..."

“Hamının səsi özünə xoş gəlir. Səsi, şousu, talant sözünün “t”sı yox, deyir sənətkaram. Yazıq səs rejissorları səsindəki xaricləri düzəldə bilmirlər”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Xatun Əliyeva deyib.

Bir neçə gün əvvəl ifaçı həmkarı Rəqsanə İsmayılova ilə qalmaqal yaşamışdı. O, Rəqsanənin onun toyunu əlindən aldığını, çörəyinə bais olduğunu iddia etmişdi. R.İsmayılova “Kiminsə qabağında susan, qorxan deyiləm. Hamının cavabını necə lazımdı verirəm. Mən Rəqsanəyəm, səsimlə, mahnılarımla sevilmişəm. Təlabatlı insanam. Getdiyim toylarda insanların ailələri ilə ömürlük dost oluram. Gedib sonra kiminsə ərini, oğlunu əlindən almıram” deyə, ona cavab vermişdi.

Bu dəfə X.Əliyeva ad çəkmədən həmkarının ünvanına təhqirlər yağdırıb:

“Xatun heç kimin kölgəsində, kiminləsə duet oxuyaraq məşhur olmayıb. Mahnılarımın bəziləri bəyənildi, dillər əzbəri oldu. İlk və tək parodiyaçı qadınam. Yaradıcılığım təkcə toy və Moskva toylarından ibarət deyil. Məşhur olmaq üçün nə etmək lazımdır? Lüt gəzmək, min üzlü olmaq, onun-bunun ərindən bic doğmaq, pozğun ətrafla gecə həyatı yaşamaq, kirayədən “ Galenvagen” götürüb acıq vermək, kirayə villa tutub, İnstaqramda reklam etməkdir məşhurluq? Çalışmışam həyatda heç kimin haqqına girməyim, qınamayım, amma mümkün deyil. Çünki elə bir aləmdəyəm ki, müharibə etməsən, sülh yaşaya bilməzsən”

BIR CAVAB BURAXIN