Xatirədən onu biabır edən Zaura cavab: “Özünə hörmət elə”

0
294


 

Müğənni Xatirə İslam Xəzər TV-də yayımlanan “5-də 5” verilişinin aparıcısı Zaur Kamalın müğənninin sarımsaq yeyərək efirə çıxmasına irad bildirməsindən danışıb.

Musavat.com xəbər verir ki, o, fikirlərini sosial şəbəkədə bölüşüb: “Əslində, verilişdə qonaq olanların hamısı dostlarımızdır. Ona görə adam hərdən çörək kəsdiyi insana ürəkdən cavab verə bilmir. Mən də elə insanam ki, həm dostluq, həm düşmənçilik etməyi yüksək səviyyədə bacarıram. Bu günə qədər də heç kim mənimlə şit zarafat etməyib, edə də bilməz. Zaur da zarafatla bir şou etdi, mən də onu ciddiyə almadım. Mən həm dostluğu, həm efir mədəniyyətini gözlədim. Düzü, ondan belə hərəkət gözləmirdim. Yəni, ona görə susdum. Mənə sual verirlər ki, niyə proqramı tərk etmədin? Abbas Bağırov orada olduğu üçün proqramdan getmədim. Reklam fasiləsində də Zaura dedim ki, Abbas burada olmasa, verilişdən gedəcəkdim. O da güldü, dedi, zarafat etməyək? Bu məsələyə çox da əsəbləşmədim, şəxsiyyətimə, mənliyimə nə isə deyilməyib. Sarımsaqla bağlı söhbətin dərinliyinə getmək bizə yaraşmaz. Verilişə reytinq gəlsin deyə yaxın adamına da söz atırsan. Bunu da başa düşürəm və keçirəm. Belə şeyləri çox görmüşük. Sarımsaq yeyin, cana xeyirdir. Ay Zaur, arada “Özünə hörmət elə” filminə bax”.

Qeyd edək ki, müğənni səhnəyə çıxar-çıxmaz Zaur ondan xoşagəlməz iyin gəldiyini bildirərək, “Bu nə iydir belə? Sarımsaq yeyib efirə çıxarlar? İydən boğuluram. Burnum düşdü”, – demişdi.

X.İslam isə həqiqətən sarımsaq yediyini və kompleksinin olmadığını söyləmişdi: “Nə olsun? Nə var ki, bunda? Bir balaca yemişəm. Sarımsaq nə üçündür, yemək üçündür də”.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

four + 6 =