Xan arvadı Rəşid Behbudovu necə təəccübləndirdi?

0
622


Azərbaycanı bütün dünyada tanıdan məşhur müğənni Rəşid Behbudov haqqında əhvalatlar çoxdu. Onların bəziləri şişirdilib, bədiiləşdirilib, bəziləri isə təhrif olunub. Belə əhvalatlardan biri də İranda baş verib.
Arazinfo.com Moderator.az-a istinadən xəbər verir ki xanəndənin oğlu Rəşid Behbudov 1942-ci ilin yazında İranın Xoy şəhərində qastrol səfərində olarkən vilayətin adlı-sanlı əyanlarından Analı xan onu evinə qonaq dəvət edir. Məclisdə Rəşidin məlahətli səslə oxuması hamıdan çox xanın arvadını heyrətə salır. Rəşid oxuyub qurtarandan sonra xanın arvadı böyük bir sandığı açıb uzun illərdən bəri qoruyub saxladığı cavan bir oğlanın şəklini və bir ədəd qrammafon valını Rəşidə göstərir. Bu şəkil Məcidin şəkli idi… Analı xanın arvadı Rəşidə deyir ki, mən Naxçıvanda anam ilə bir məclisdə olanda Məcid elə gözəl oxudu ki, anam onu İrana – Xoy Ģəhərinə, mənim toyuma dəvət etdi. Toy şənliyindən sonra Məcid şəkillə valı mənə yadigar verdi. Bu əhvalat 1912-ci ildə olmuşdu.Elmin Nuri

BIR CAVAB BURAXIN