Xalq hərəkatının fəallarından olmuş Məhəmməd Hatəmi vəfat edib

0
287

Milli azadlıq hərəkatının fəallarında biri, “Çənlibel” təşkilatının qurucusu Məhəmməd Hatəmi Tantəkin bu gün 81 yaşında vəfat edib.

 

Bu barədə APA-ya  jurnalist Əvəz Zeynallı məlumat verib. O bildirib ki, iyunun 10-da ağır vəziyyətdə xəstəxanaya aparılan Məhəmməd Hatəminin həyatını xilas etmək mümkün olmayıb. Mərhum bu gün dəfn olunacaq.

 

Qeyd edək ki, Məhəmməd Hatəmi Tantəkin milli-azadlıq mübarizəsinin ilk təşkilatlarından olan “Çənlibel” Cəmiyyətinin qurucuları sırasında yer alıb. 1988-ci il noyabrın 17-də keçmiş Lenin, indiki Azadlıq meydanında başlanan ümumxalq mitinqlərinin təşkilatçılarından biri olub. 1988-ci il dekabrın 4-də sovet qoşunları meydanı dağıtdıqdan sonra həbs edilib.

 

M.Hatəmi 90-cı illərdə Milli Qurtuluş Partiyasını təsis edib. Qarabağ cəbhəsində “Milli Qurtuluş” batalyonunun tərkibində döyüşlərdə olub.

Sosial səhifələrdə paylaş

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

17 − three =