Xalq artistinin qızı erməni ilə iş birliyindən imtina edib?

0
570

 

Bir müddət bundan əvvəl Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruzovanın ABŞ-da erməni Alis Ataxanyan ilə iş birliyi yaratması haqda məlumatlar mətbuatda, sosial şəbəkələrdə səs-küyə səbəb olmuşdu
Xatırladaq ki, əvvəlcə erməni əsilli stilist Georgi Kota görə tənqidlərə tuş gələn Şəfəq Novruzova öz “İnstagram” səhifəsində bu dəfə ABŞ-da fəaliyyət göstərən “Beyond Beauty Parlor” studiyasının rəhbəri erməni Alis Ataxanyanın dəvəti ilə ustad dərslərinə gedəcəyini açıqlamışdı. Stilist onu tənqid edənlərə “Amerikada erməni olduğunu dediyiniz şəxs mənim pul yığanım olacaq. Mən ona yox, o, mənə xeyir verəcək. Alis Ataxanyan təşkilati işlərə baxır” deyə cavab vermişdi.
“Yeni Müsavat”a daxil olan məlumata görə, xalq artistinin stilist qızı tənqidlərə tab gətirməyərək erməni həmkarı ilə olan görüşündən imtina edib. Stilist ABŞ səfəri ilə bağlı elan bəyanatını da “İnstagram” səhifəsində silib. Məsələ ilə bağlı Şəfəq Novruzovanın rəyini almağa çalışsaq da, cəhdlərimiz alınmadı. Stilistin İlahə adlı meneceri isə bu məsələdən xəbərsiz olduğunu bildirdi.
Ümumiyyətlə, təkcə xalq artistinin qızı deyil, digər yerli stilistlərin də zaman-zaman xarici ölkələrdə erməni həmkarlarından dərs aldıqları, iş birliyi yaratdıqları haqda məlumatlara rast gəlirik. Səbəb nədir?
“Ermənilər stilist və vizajistlik sahəsində dünyada birncidirlər. Çünki onların kompleksləri yoxdur. Bu səbəbdən erməni stilistlərindən çox şey öyrənməliyik”. Bu sözləri tanınmış stilist Sərxan Saxarov “Yeni Müsavat”a açıqlamasında bildirib.
“Hazırda Amerikada ən güclü gözəllik studiyalarının sahibi ermənilərdir. Fikrimcə, Şəfəq xanımın ermənilərdən ustad dərsləri almasını qınamaq olmaz. Əksinə, gedib öyrənsin, inkişaf etsin, bundan sonra erməni və digər ölkələrin stilistləri ilə rəqib ola bilər. Əgər bu gün desək ki, bu ermənidir, gürcüdür və yaxud digəridir, o zaman irəli addım ata bilmərik. Hər bir uğurda bir nəsil, bir cəmiyyət qurban gedir”.
Təbii ki, bu, Sərxan Saxarovun subyektiv fikridir.

BIR CAVAB BURAXIN