Xalq artisti məşhur rejissoru YIXIB-SÜRÜDÜ: “Axı sən…”

0
565

Gənc Tamaşaçılar Teatrının aktyoru, Xalq artisti Tariyel Qasımovla Əməkdar incəsənət xadimi Bəhram Osmanov arasında inciklik yaşanıb.

 

Publika.az-a açıqlama verən T.Qasımov rejissorun ona rol vermədiyindən şikayətlənib: “Bəhram Osmanov istedadlı rejissordur, amma nədənsə məni bir aktyor kimi görmür. Bir dəfə mənə quruluş verdiyi “Hacı Qara” tamaşasında Qaradavoy rolunu təklif etdi, obraz xoşuma gəlmədiyi üçün təklifdən imtina etdim. Əslində bu da bəhanəydi, o bilirdi ki, mən bu rola razılaşmayacağam, fikirləşdi ki, təklif edim, onsuz da Tariyel oynamayacaq. Sonradan Bəhram on tamaşa hazırladı, heç birinə məni dəvət etmədi. Mən o aktyorlardanam ki, rejissora ehtiyacım yoxdur, əksinə, rejissorların mənə ehtiyacı var. Heç vaxt ona demərəm ki, filan rolu niyə mənə yox, başqasına verirsən. Hansı ki, o rolda mən özümü görürüəm. Mənim boyuma biçilən rolu niyə başqasına verirsən?”

 

T.Qasımov özünün bəzi rejissorların acığına rejissorluq etdiyini deyib: “Görəndə ki, rejissor məni epizodik rollara dəvət edir, yaxud da heç dəvət etmir, mən də acığa tamaşalar hazırlayıb, özüm baş rolda oynayıram. Onlar da qalır baxa-baxa. Bəhram Osmanovu heç cürə başa düşə bilmirəm: Ondan soruşmaq lazımdır ki, axı Tariyel Qasımov sənə neyləyib ki, ona rol vermirsən?”

BIR CAVAB BURAXIN