“Xaçınçay və Sərsəngi işğaldan azad edək”

0
91

Milli Məclisin Qarabağdan seçilmiş deputatı Aqil Abbas ermənilərin işğal altındakı Xaçınçay su anbarından Azərbaycan kəndlərinə minalı su buraxmasının fəsadlara səbəb olmasına münasibət bildirib.

 

Deputat A.Abbas Publika.az-a açıqlamasında deyib ki, ermənilərin bu cür hərəkətləri günahsız Azərbaycan əhalisinin ölümünə səbəb olur: “Neçə ildir ki, ATƏT, BMT tələb edir, ancaq erməni onların bu çağırışına əhəmiyyət vermir. Guya indi erməni mənim sözümü vecinə alacaq? Düşmən nə etməlidir? Erməni də bizim düşmənimizdir. Ona görə də suyu açıb bizim üzərimizə buraxır, üstəlik də su ilə minalar axıdır. Bunun nəticəsində də kəndlərə, insanlara ziyan dəyir, adamlar həlak olur və sairə. Biz onlardan müsbət nə isə gözləməmliyik. Burada əziyyət çəkən təbii ki, bizik. Bizim işimiz də həmin əraziləri düşməndən azad etməkdir. Biz oranı azad edəndən sonra bütün bu problemlər də həllini tapacaq”.

 

A.Abbas qeyd edib ki, həmin əraziləri işğaldan azad etmək lazımdır: “Aprelin əvvəllərində cəbhədə baş verən “dördgünlük döyüşdə” ermənilərin atalarını ağlatdıq. İnşallah bir dəfə də “dördgünlük döyüş” aparıb, Xaçınçay və Sərsəng su anbarlarını işğaldan azad etməliyik. Biz bu cür yolla Qarabağı işğaldan qurtarmalıyıq”.

 

Xatırladaq ki, erməni işğalında olan Xaçınçay su anbarının daşması nəticəsində Xaçınçaya bol su gəlib.

Cəbhəyanı kənd sakinlərinin dediklərinə görə, bu gün fasilələrlə çayda partlayışlar müşahidə edilib. Ermənilərin çaya buraxdığı müxtəlif növ hərbi sursatlar güclü axın nəticəsində daşlara dəyib partlayır. Hazırda Xaçınçayın sağ və sol sahilində yerləşən cəbhə kəndləri üçün təhlükə yoxdur. Yerli sakinlər çaydan götürdüyü su ilə əkin sahələrini suvarmağa çalışır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

2 × 1 =