Xəzərin hüquqi statusu bu ilin sonuna kimi təyin oluna bilər

0
642

Xəzərin hüquqi statusu haqda danışıqlar bu il uğurla yekunlaşa bilər”. ANS PRESS-in məlumatına görə, bunu Rusiya prezidentinin MDB ölkələri iştirakçıları ilə dövlət sərhədlərinin delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi İqor Bratçikov “İnterfaks”a müsahibəsində deyib.

Onun sözlərinə görə, Astanada keçiriləcək sammitdə Xəzəryanı ölkələrin Xəzərin hüquqi statusu üzrə konvensiyanı qəbul edəcəyinə şanslar böyükdür.  “Konvensiyanın Qazaxıstanda keçiriləcək sammitdə imzalanması hər 5 ölkənin siyasi iradəsinin olacağı təqdirdə mümkündür. 2014-cü ildə 20 illik danışıqlara lazımi impulsu verib”.

İqor Bratçikov bildirib ki, dənizçilik rejimi və gələcək milli kəmərlərin qurulması ilə bağlı hesablamaya aid bir sıra mövzular isə müzakirələr mərhələsindədir.

O həmçinin qeyd edib ki, Xəzəryanı ölkələrin nazirlərinin növbəti görüşü yayın ortalarında baş tutacaq.

 Rusiya və Azərbaycan arasında sərhədlərin demarkasiyası prosesi gəldikdə isə İqor Bratçikov bildirib ki, Rusiya tərəfi praktiki  kartoqrafiq materialların hazırlıqlarını tamamlayıb. “Başlanğıc üçün lazım olan işlər görülüb. Sərhəd işarələrin quraşdırılmasının konkret mərhələli planı tətbiq edilib,  idarələrarası işçi demarkasiya qruplarının formalaşdırılması həyata keçirilib.”

İqor Bratçikov həmçinin qeyd edib ki, Azərbaycanın hazırlıq dərəcəsini və demarkasiyanın birgə proses olduğunu nəzərə alaraq artıq gələcək illərdə Rusiyanın cənub sərhədləri qırmızı və yaşıl dirəkli simvolların qoyulmasına başlanılacaq.

BIR CAVAB BURAXIN