Xəstəlik azərbaycanlı müğənnini bu hala saldı

0
568

Azərbaycanlı müğənni Türkan Heydərovanın səhhəti pisləşib. Bu barədə Lent.az-a ifaçının anası xəbər verib. Onun dediyinə görə, qızı artıq 20 gündən çoxdur ki, ağır xəstəlikdən əziyyət çəkir: “Gündə iki dəfə bərk ağrıları olur və boğulmalar baş verir. Bir neçə dəfə təcili yardım çağırmağa məcbur qalmışıq. Həkimlərin verdiyi rəyə görə, qızım allergiya və astma xəstəliyindən əziyyət çəkir. Ancaq bunun hansı səbəbdən baş verdiyi məlum deyil. Gün ərzində bir neçə dəfə xəstəlik ucbatından boğulmalar olur. Əgər bu boğulmalar gecələr yatılı halda baş verərsə, Türkan üçün ağır nəticələnə bilər.

Bu günlərdə müalicəsi davam edir və təəssüf ki, səhhətində müsbətə doğru irəliləyiş yoxdur. Əksinə üzündə və ayaq hissələrində şişmələr baş verir. Üzündə olan şişmələrə görə Türkan artıq tanınmaz hala düşüb. Ayaqlarında olan şişlərdən isə ayaqları gün ərzində bir neçə saat tutulur. Hazırda qızımın güclü həkim mütəxəssislərə ehtiyacı var. Əks halda yaxın zamanda xarici ölkələrin birində müalicə etdirmək məcburiyyətində qalacam.”

 

Qeyd edək ki, T.Heydərova “Yeni ulduz-6” telelayihəsinin iştirakçısı, bundan başqa  “Lider” TV-də yayımlanan “Maqazin” verilişinin aparıcısı olub.

BIR CAVAB BURAXIN