Vladimir Putin “Ştazi”nin casusu olub

0
109

Almaniyanın məşhur “Bild” qəzeti  arxivdə Almaniya Demokratik Respublikasının “Ştazi” kəşfiyyat orqanı tərəfindən Rusiyanın indiki prezidenti Vladimir Putinin adına verilən vəsiqə aşkar edildiyini bildirib.

Arazinfo.com-un TASS-a istinadən verdiyi xəbərə görə, mayor Vladimir Putinin adına “Ştazi” tərəfindən verilən sənəd Drezdendəki arxivdə aşkar edilib. “Bild”in yazdığına görə, mayor Vladimir Putin bu sənədlə 1985-1990-cı illərdə “Ştazi” nin qurumlarına sərbəst şəkildə daxil ola bilib və özünün şəxsiyyətini də gizli saxlayıb.  Belə ehtimal edilir ki, həmin dövrdə Putinin əsas vəzifəsi SSRİ kəşfiyyatına yeni casuslar cəlb etmək olub.

Xatırladaq ki, 1975-ci ildə Leninqrad Dövlət Universitetinin tarix fakultəsini bitirən Vladimir Putin SSRİ Dövlət Təhlükəsizliyi orqanlarında işə qəbul edilib. 1985-1990-cı illərdə isə o, Almaniya Demokratik Respublikasında çalışıb.

Məsələ ilə bağlı açıqlama verən Putinin mətbuat katibi Dmitri Peskov isə deyib ki, o dövrdə SSRİ və Almaniya Demokratik Respublikası kəşfiyyat orqanları əməkdaşlıq edirdilər və burada qeyri-adi nə isə axtarmağa ehtiyac yoxdur.