Vaşinqtonda atışma: ölənlər var

0
521

Şənbə günü axşam Vaşinqtonun cənub-şərqində yerləşən Anakostiya/Berri Farm rayonunda keçirilən kütləvi tədbirdə baş verən atışma nəticəsində 2 nəfər ölüb, biri səkkiz yaşlı oğlan uşağı olmaqla 6 nəfər yaralanıb.

Bu barədə “Associated Press” məlumat yayıb.

Şəhər polisi rəisinin vəzifələrini icra edən Piter Nyuşemin sözlərinə görə, yaralılar arasında bir qadın da var. Hazırda onların həyatı üçün heç bir təhlükə yoxdur. Həbs olunanlar barədə məlumat verilməyib.

Yerli hakimiyyət orqanları atışmanın mübahisə səbəbindən baş verə biləcəyini ehtimal edirlər. Lakin hadisənin dəqiq motivləri məlum deyil.(“Report”)

BIR CAVAB BURAXIN