Vətəndaşların mənzil tikintisi azalıb

0
568

Tikinti.

2016-cı ildə Azərbaycanda bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 1 milyon 677,1 min kvadratmetr olan yeni yaşayış evləri tikilərək istifadəyə verilib.

Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, bunun 78,6 min kvadratmetri doğma yurdlarını tərk etmiş məcburi köçkünlərə tikilmiş evlərin payına düşür.

 

İl ərzində mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 683,5 milyon manat olub. Onun 47,5 milyon manatı dövlət, 636 milyon manatı isə qeyri-dövlət mülkiyyətində olan təşkilatların payına düşüb.

Vətəndaşlar şəxsi vəsaitləri hesabına 11,2 min yaşayış evi tikib. Onların əksəriyyəti Naxçıvanda Muxtar Respublikasında, Bakı, Lənkəran şəhərlərində, Abşeron, Şəmkir, Tovuz, Kürdəmir, Cəlilabad və Qəbələ rayonlarında inşa edilib.

Vətəndaşlar mənzil tikintisində əsas pay sahibi olsalar da, bu sahədə azalma baş verib. Vətəndaşlar 2015-ci ildə 12,1 min fərdi yaşayış evi tikdiriblər.

BIR CAVAB BURAXIN