Uşaq çağırdı, Ərdoğan çıxışını yarımçıq kəsdi… – Video

0
615

 


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiya iclasında çıxışı zamanı onu səsləyən körpənin səsinə biganə qala bilməyib.

Ərdoğanın körpənin “Tayyib baba” səsləməsinə çıxışını yarımçıq qoyaraq, “Əfəndim” deməsi bütün zalın rəğbətinə və alqışlara səbəb olub.

Məlumata görə, Türkiyə prezidentinin səsinə biganə qala bilmədiyi körpə Ağsaraydan anası ilə birlikdə partiya iclasına gəlmiş Gülhan Aydoğdu olub. İclasın yekununda Ərdoğan azyaşlı qızla şəkil çəkdirib.

“Ağsaraydan bura qədər Tayyib babasını görmək üçün TBMM-ə gələn və qrup toplantımızda cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğanın yaxından maraqlandığı Gülhan Aydoğdu adlı balamızı qonaq etdikdən sonra anası ilə birlikdə Ağsaraya yola saldıq”, – partiya üzvü, Ağsaraydan olan millət vəkili İlknur İncəöz bildirib. Axar.az

BIR CAVAB BURAXIN