Uşağı olmadığı üçün anası evdən qovdu – ÜRƏKSIZLADAN MƏNZƏRƏ (VİDEO)

0
100
ARB TV-nin “Sirdaş Rövşanə” proqramına növbəti müraciət gənc ailədən gəlib.

İki ildir ailə quran Kürdoğlu və Nazlı cütlüyünün uşağı olmadığı üçün oğlanın ailəsi onları evdən qovub. Onlar kirayə yaşayır və yaşayış səviyyələri olduqca aşağıdır.Kürdoğlunun sözlərinə görə ailəsinin onu atmasının əsas səbəbi evdəkilərin istəmədiyi birinin almasıdır:

“Məni başqasıyla evləndirmək istəyirlər. Mənə dedilər ki, gedib xəstə almısan, onun uşağı olmayacaq. Ömür boyu ayrılmayacam. Onu birdəfəlik almışam. Uşağım olmasa da ayrılmayacam. Sadəcə mənə ev versinlər ki, gedib işləyim ailəmi saxlayım. Anam deyirdi ki, toy edib mən pulumu yığıram. Toydan sonra səni çıxaracam”.

Nazlı isə bildirib ki, toya qədər ailə ilə münasibət normal olub.

“Toydan sonra dəyişildilər. Qayınatamla yaxşı idi, amma qayınanam ancaq qızlarına tərəfdir. Oğlunu da düşünsün. Bəlkə problem məndən yox, oğlundandır. Zülmlə gedir pul qazanıb gətirir. Adicə bu evə 60 manat pul veririk”.

BAKU.WS

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here