Uruqvay və Rusiyanın liderlik, Portuqaliya və İspaniyanın 1/8 final savaşı

0
538

Rusiyada keçirilən dünya çempionatında bu gün A və B qruplarında mübarizəyə yekun vurulacaq.

A qrupunda artıq 1/8 finala vəsiqəni təmin etmiş iki komanda Uruqvay və Rusiya liderlik üçün yarışacaqlar. İlk pillədə qərarlaşmaq üçün Rusiyaya heç-heçə də sərf edir. Belə ki, vurulan və buraxılan topların fərqində meydan sahibləri daha üstündür.

Qrupun digər oyununda isə Səudiyyə Ərəbistanı və Misir nüfuz savaşına çıxacaqlar.

 

B qrupunda isə vəziyyət fərqlidir. 1/8 finala şansı davam edən 3 yığma gərgin mübarizəyə girəcəklər. Hərəyə 4 xalı olan İspaniya və Portuqaliya ilk pillədə qərarlaşıblar. 3 xala malik İran Portuqaliya ilə görüşdə mütləq qələbə qazanmalıdı. Əks halda, İspaniya – Mərakeş oyununun nəticəsindən asılı olmayaraq, 1/8 finala qonşular yüksələcəklər.

 

DÇ-2018

25 iyun

III tur

 

A qrupu

18:00. Uruqvay – Rusiya

Baş hakim: Malanq Didhyu (Seneqal)

Samara, “Samara Arena”

 

18:00. Səudiyyə Ərəbistanı – Misir

Baş hakim: Vilmar Roldan (Kolumbiya)

Volqoqrad, “Volqoqrad Arena”

 

Turnir cədvəli

1. Rusiya 2 2 0 0 8-1 6
2. Uruqvay 2 2 0 0 2-0 6
3. Misir 2 0 0 2 1-4 0
4. Səudiyyə Ərəbistanı 2 0 0 2 0-6 0

 

 

B qrupu

22:00. İran – Portuqaliya

Baş hakim: Enrike Kaseres (Paraqvay)

Saransk, “Mordoviya Arena”

 

22:00. İspaniya – Mərakeş

Baş hakim: Ravşan İrmatov (Özbəkistan)

Kalininqrad, “Kalininqrad” stadionu

 

Turnir cədvəli

1. İspaniya 2 1 1 0 4-3 4
2. Portuqaliya 2 1 1 0 4-3 4
3. İran 2 1 0 1 1-1 3
4. Mərakeş 2 0 0 2 0-2 0

Apasport

BIR CAVAB BURAXIN