“Ürəyimdə problem var…” – Xalq artisti

0
227

“Ürəyimdə problem var…”

“Düzü, çox yaxşı deyiləm. Bədbin mövzuda danışmağı xoşlamıram. Əməliyyat olunmalıyam, ancaq hələlik etmirlər. Anesteziya olmalıdır, qan təzyiqi yüksəkdir, ürəyimdə problem var. Əvvəl bütöv günü işləyirdim, ancaq indi işləyə bilmirəm. Özümə vaxtım yoxdur”.

Bunları xalq artisti Yalçın Rzazadə “Şou məkan” verilişinə açıqlamasında deyib.

Müğənni qeyd edib ki, idmanla yollarını ayırdıqdan sonra səhhətində problemlər meydana gəlib:

“Hər bir peşəkar idmançı gərək ömrünün sonuna qədər idmanı davam etdirsin. Ancaq idmanla məşğul olmaqdan imtina edəndə ürək öz fəaliyyətini itirir. Həmin dəqiqə kökəlmə başlayır. Adi bir universitetin pilləkənlərini qalxıb düşənədək, yaxud şəhərdə harasa çıxanda hamı şəkil çəkdirmək istəyir, avtoqraf alır.

Sənət adamının xoşbəxt tərəfi odur ki, xalqın ona məhəbbəti böyükdür. Mənə deyəndə ki, siz şəxsiyyətsiz, o zaman başıma sanki böyük bir tac qoyurlar. Şəxsiyyəti qoruyub saxlamaq çox çətindir. Ona görə də, çalışıram ki, şəxsiyyətimlə hər zaman xalqımın gözündə olum”.(qafqazinfo)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

6 + twenty =