Ukraynadan rusiyalı müşahidəçilərə qadağa

0
242

Ukrayna prezidenti Pyotr Poroşenko bildirib ki, Rusiya təmsilçiləri prezident seçkilərini müşahidə etməyə buraxılmayacaq.

Arazinfo.com-un russian.rt-yə istinadən verdiyi xəbərə görə, Poroşenko İCTV telekanlının “Svoboda slovo” proqramına müsahibəsində deyib ki, Rusiya seçkilər zamanı hər vasitə ilə ölkə daxilində qarşıqlıq salmağa cəhd edəcək: “Mən yaxın günlərdə rusiyalı müşahidəçilərin seçkiləri izləməyə buraxılmaması barədə Dövlət sərhəd xidmətinə əmr  verəcəyəm. Rusiyalı müşahidəçilər prezident seçkilərinin gedişini izləməyə buraxılmayacaqlar. Eyni zamanda rusiyalı müşahidəçilərin beynəlxalq qurumların da tərkibində ölkəmizə girişinə icazə verilməyəcək”.

Qeyd edək ki, dünən Ali Radada müzakirə edilmək üçün rusiyalı müşahidəçilərin seçkiləri izləməsini qadağan edən  qanun layihəsi təqdim edilib.