Ukraynada müharibədir: Ölənlər var

0
534

Ukrayna ordusu eyni vaxtda bir neçə istiqamətdən separatçı “Luqansk Xalq Respublikası”nın (“LXR”) qüvvələrinə hücum edib.

Bu haqda “LXR”in “xalq milisi”nin mətbuat xidmətindən bildirilib.

“Saat 11:00-a olan məlumata görə, vəziyyət gərgin olaraq qalır. Debaltsevo istiqamətindən rəqibin hücum cəhdləri dayanmır”, – xəbərdə deyilir.

Daha əvvəl bildirilib ki, Kalinovka kəndi ərazidə Ukrayna hərbçilərinin hücum cəhdinin qarşısı alınıb. Separatçı tərəfinin məlumatına görə, Ukrayna tərəfindən on hərbçi ölüb, 20-si yaralanıb.
Ukrayna Ali Radasının deputatı Andrey Lazovoy dünən Svetlodarsk rayonu ərazisində gedən döyüşün görüntülərini paylaşıb. O,iddia edir ki, döyüşün kadrları Ukrayna hərbçilərindən biri tərəfindən çəkilib.

Məlumata görə, Ukrayna hərbçiləri Svetlodarskda gedən döyüşlərdən sonra yeni strateji mövqeləri tutub. Anti-terror əməliyyatları qərargahından bildirilib ki, Ukrayna hərbçiləri rəqibi hücum cəhdinin qarşısını alaraq əks-hücuma keçiblər. Separatçıların hərbi əmlak və Rusiya istehsalı olan texnikanı döyüş meydanında qoyaraq qaçdığı deyilir.
Svetlodarskda döyüşçülərdə Ukraynanın 5 hərbçisi həlak olub, 6-sı yaralanıb./publika/

BIR CAVAB BURAXIN