Ukraynada azərbaycanlılar erməni nazirə qarşı aksiya keçirir

0
561

Azərbaycanlıların Ukrayna Daxili İşlər Nazirliyinin qarşısında keçirdiyi aksiya davam edir.

Aksiya iştirakçıları azvision.az-a bildiriblər ki, nazirin müşaviri İvan Sergey əraziyə baş çəkib.

Nazirliyə 30-dan çox müraciətin edilməsinə baxmayaraq, müşavir diasporanın problemləri barədə məlumatlı olmadığını deyib və problemlərin aradan qaldırılması üçün dərhal tədbirlər görüləcəyini qeyd edib.

*   *   *14:33

Ukraynada yaşayan azərbaycanlılar Kiyevdə Daxili İşlər Nazirliyinin (DİN) binası qarşısında etiraz aksiyası keçirirlər. Onlar son vaxtlar Ukraynada azərbaycanlılara qarşı cinayətlərin artmasına, xüsusilə adam oğurluğu hallarına DİN tərəfindən lazımi reaksiya verilməməsinə, tədbirlər görülməməsinə etiraz edirlər.

Mitinq iştirakçılarının APA-ya verdiyi məlumata görə, aksiyaya 200-dən çox şəhərdən gəlmiş azərbaycanlılar qatılıblar.

Aksiya iştirakçıları daxili işlər naziri Arsen Avakovdan son 2 ildə – o, nazir təyin ediləndən bəri 20-dən çox azərbaycanlı iş adamının və iş adamlarının övladlarının oğurlanmasına, tanınmış azərbaycanlılara qarşı sui-qəsdlərin üstünün açılmamasına aydınlıq gətirməsini tələb edirlər.

Aksiya davam edir.

BIR CAVAB BURAXIN