Ukrayna türklərdən ibarət batalyon yaradır

0
144


 

Ukrayna Müdafiə Nazirliyi müsəlman dəniz piyadaları batalyonu yaratmağa hazırlaşır.

Avropa.info xəbər verir ki, Ukrayna Müdafiə naziri Stepan Poltorak Krım tatarları Məclisinin sədri Refat Çubarovla görüşdə bu təkliflə çıxış edib. Ukrayna tatarların Çonqar qəsəbəsində yerləşən “Əsgər” adlı silahlı birliyinin könüllü şəkildə Ukrayna Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları briqadasının tərkibində xidmət etməsi məsələsinə baxır.

Xatırladaq ki, dünən “Əsgər” batalyonu və Ukrayna ordusunun 57-ci briqadası arasında insident baş vermişdi. Çubarov isə demişdi ki, Ukrayna MN heç cürə müsəlman batalyonu yaradılması ideyasını dəstəkləmək istəmir. Batalyon leqal status almasa, “Əsgər” üzvləri ilə münaqişə davam edəcək.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

three × 1 =