Ukrayna prezidentinin silahdaşı civədən zəhərlənib

0
578

ba6ccf55-7cd5-4baf-a753-079a16fa84f4_292

 

 

 

 

 

 

 

Ukrayna prezidentinin silahdaşı, “Pyotr Poroşenko Bloku”nun deputatı İqor Kononenko civə zəhərlənməsindən müalicə olunur.
“Report” xəbər verir ki, bu barədə yerli “LB.ua” internet nəşri yazıb.

Məlumatda deyilir ki, parlamentari şəxsi işləri ilə məşğuldur, çünki Yeni ilə az qalmış onda civədən zəhərlənmə əlamətləri aşkar edilib.
“Həkimlərin qərarına əsasən, onun qanda miqdarı 50 dəfəni ötüb”, – deyə nəşrin şef-redaktoru Sonya Koşkina yazır.
Jurnalist ehtimal edir ki, “bu, qətl məqsədi ilə edilən sui-qəsd yox, çox güman ki, qorxutmaq və onu sıradan çıxartmaq cəhdi olub”.
Nəşr qeyd edir ki, Kononenko baş verən hadisə ilə əlaqədar parlament işlərindən uzaqlaşıb.

BIR CAVAB BURAXIN