Türkmənistanda saçlarını rəngləyən qadınlar cərimələnir

0
601
Türkmənistanda qadınların xarici görünüşü ilə bağlı yeni tələblərlə əlaqədar sakinlər hüquq mühafizə orqanları əməkdaşları tərəfindən sorğu-sual olunur və cərimələnir.
Bu barədə “Azadlıq” radiosunun Türkmənistan xidməti məlumat yayıb.
İnformasiyaya görə, Türkmənistanın dövlət qurumlarında çalışan qadın əməkdaşların aprel ayından etibarən həddən çox makiyajdan istifadə etməsi və saçlarına boya qoyması qadağan edilib.
Qadınların eyni zamanda dabana qədər uzanan yubka geyinməsi tələb olunur. Geyim heç bir halda bədənə dar olmamalıdır.
Aşqabad sakinlərindən biri bazarda polis əməkdaşının onu sorğu-suala tutması barədə “Azadlıq” radiosunun müxbirinə məlumat verib.
Onun sözlərinə görə, polis onun nə üçün saçlarına və qaşlarına boya qoyduğunu soruşaraq, onu yerli polis məntəqəsinə aparıb.
Polis əməkdaşı eyni zamanda qadını geyiminin çox dar olduğuna görə tənbeh edib.
 “Sən dövlətin siyasətinə qarşı çıxırsan? Saçlara, qaşlara, dırmaqlara boya qoymaq olmaz əmri sənə aid deyil?”, – deyə polis əməkdaşı gileylənib.
Şikayətçinin sözlərinə görə, polis əməkdaşı yalnız 150 manat cərimə pulu aldıqdan sonra onu sərbəst buraxıb.  Ancaq cərimə haqqında heç bir qəbz verilməyib.(oxu.az)

BIR CAVAB BURAXIN