Türkiyənin suverenliyinə təhdid: “Bu əraziləri bizə ver, yoxsa…”

0
493

Türkiyə Hatay bölgəsi ilə İskəndərun qəsəbəsini bizə versin, aramızdakı bütün problemlər həll olunsun.
Bu barədə terror təşkilatı PKK-nın Suriya qolu olan PYD-yə bağlı silahlı qruplar açıqlama yayıblar.
Terrorçular Türkiyənin Cerablusdan çıxmasını da tələb edirlər.
Məlumata görə, PYD-nin silahlı qanadı YPG tərəfindən Suriyanın Tel Rıfat qəsəbəsində Türkiyəyə qarşı “Suriya milli dirənişi” adı ilə silahlı qrup yaradılıb. Lakin silahlı qrupun nümayəndəsi kimi çıxış edən Reza Hido PKK və PYD ilə bağlantılarının olmadığını iddia edib.
“Türkiyə Cerablusdan çıxmalı, İsgəndərun qəsəbəsini, həmçinin, bütövlükdə Hatay bölgəsini bizə verməlidir. Bura Suriya ərazisidir. Əgər bunu qəbul edərlərsə, problem həll olunar”.
Silahlı qrupun nümayəndəsi əks təqdirdə müharibənin davam edəcəyini və iddia etdikləri əraziləri Türkiyədən almaq üçün hərəkətə keçəcəklərini bəyan edib.

Publika.az

BIR CAVAB BURAXIN