Türkiyənin Azərbaycan dövlətini tanımasından 25 il keçir

0
552

1118 oktyabr 1991-ci il tarixində Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Bununla da Azərbaycan SSRİ-dən ayrılaraq, müstəqil dövlət elan edildi. Müstəqilliyimizi ilk tanıyan dövlət isə 1991-ci ilin 9 noyabr tarixində qardaş Türkiyə oldu. Musavat.com-un məlumatına görə, həmin tarixdən 25 il sonra Türkiyənin Bakıdakı səfirliyi bu möhtəşəm günü xatırladaraq, Azərbaycanın yanında olduqlarını ifadə ediblər. Redaksiyamıza səfirlikdən göndərilən mətndə deyilir: “Bundan tam 25 il əvvəl bu gün, 9 noyabr 1991 tarixində, Türkiyə Cümhuriyyəti, qardaş Azərbaycan xalqının öz gələcəyini əlinə alma iradəsinin təzahürü olan Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkə oldu.

Türkiyə ilə Azərbaycan arasında, kökləri uzun bir tarixi keçmişdə olan və ortaq dəyərlərimizdən qidalanan güclü bağlar vardır. Bu bağları Azərbaycan müstəqillik qazandıqdan sonra keçən 25 il ərzində daha da sağlamlaşdırdıq.
Keçən dövr ərzində hər sahədə mükəmməl bir səviyyəyə çatan ikitərəfli əlaqələrimiz, xalqlarımızın rifahına və hüzuruna xidmət etməklə yanaşı, eyni zamanda bölgəmizdə sabitlik və güvən təmin etməklə, Orta Asiyadan Avropaya qədər geniş bir sahəyə yayılan coğrafiyanın inkişafına əhəmiyyətli qatqını təmin edir.
Ölkələrimiz arasındakı yaxın əməkdaşlığı önümüzdəki dövrdə də eyni şəkildə davam etdirmə və “iki dövlət, bir millət” şüarından qaynaqlanaraq xalqlarımız arasındakı bağları daha da qüvvətləndirmə iradəmiz tamdır”.

BIR CAVAB BURAXIN