Türkiyəni cənubdan vurmaq planı

0
525

11ABŞ və PYD-nin (PKK-nın Suriya qolu) başladığı Rakka əməliyyatının əsas hədəfi Türkiyənin cənubunda “kürd dəhlizi”nin yaradılması üçün əhəmiyyətli yer olan El-Babı ələ keçirməkdir.

Bu barədə “Yeni Şafak” qəzeti bölgədəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, El-Bab ələ keçiriləndən sonra, dəhlizin Tel Rıfatla birləşdirilməsi üçün hərəkətə keçiləcək: “Rakka əməliyyatına 30 yox, əslində 8 min PKK/PYD üzvü qatılıb. Münbiç və Hasekedəki ABŞ əsgərləri də əməliyyata dəstək verir. Amerikanın bölgədəki əsgərlərinin sayı 350 nəfərdir”.

Qəzet yazır ki, ABŞ-PYD ittifaqı İŞİD-in El-Bab-Rakka bağlantısını kəsmək üçün, bir neçə gün içində Set Tişrin və Merkede bölgələrindən El-Baba girməyi planlaşdırır.

Mənbələr məlumat verir ki, əsas hədəf qərb və şimalda ABŞ-PYD, şərq və cənubda isə Əsəd-şiə gücləri Rakkaya hücuma keçəcək və beləliklə, İŞİD şəhərdə təslim ediləcək.

Əməliyyata “Fərat qəzəbi” adının verilməsi də bunun Türkiyənin “Fərat qalxanı” əməliyyatına qarşı olduğunu sübut edir.

Publika.az

BIR CAVAB BURAXIN