Türkiyəli yazardan Şah İsmayıl Xətaiyə hücum: “Anasını edam etdirib, çox zülmkarlıqlar törədib…”

0
624
 

Türkiyə mətbuatında tarixçi-yazar Latif Salihoğlunun Səfəvi hökümdarı Şah İsmayıl Xətai ilə bağlı qalmaqallı məqaləsi dərc olunub.Virtualaz.org xəbər verir ki, yeniasya.com saytında dərc olunan məqalədə 1514-cü ilin avqustunda Osmanlı İmperiyası ilə Səfəvilər arasında baş tutan “Çaldıran” döyüşündə məğlub olan sərkərdəni İran şahı, qurduğu Azərbaycan dövlətini isə İran dövləti adlandırıb. Müəllif məqaləsində bir qədər də irəli gedərək Səfəvi hökmdarını “ana qatili” adlandırıb.

“Avşar türklərindən olan Şah İsmayıl 1501-ci ildə Ağqoyunlu dövlətini yıxaraq Səfəvi dövlətini qurub, İran, Azərbaycan, İraq və Anadolunu hakimiyyəti altına almışdı. Şah İsmayıl İranda hakimiyyətə gələr-gəlməz şiəliyi dövlətin rəsmi dini elan etmişdi. Əsasən siyasətə gəlməzdən öncə və iqtidar taxtında oturmazdan əvvəl kifayət qədər mülayim olan şair Şah İsmayıl iqtidara keçdikdən sonra birdən-birə dəyişdi, zülmkarlıqda sərhəd tanımaz hala gəldi. Məsələn, məğlub etdiyi özbək hökmdarının kəlləsindən (Şiban xan nəzərdə tutulur – red.) qədəh düzəltdirərək şərab içdi. Sünni olan anası Aləmşahbəyimi gözünü qırpmadan edam etdirib”, – deyə müəllif iddia edir.

L. Salihoğlu həmçinin Şah İsmayıl Xətainin “ana qatili” olmasını həmin dövrdə verilmiş “fərman”la əsaslandırır. O, qeyd edir ki, həmin tükürpədici fərman 1501-ci ildə sentyabrın 17-də verilib. Tarixçi həmçinin iddia edir ki, Şah İsmayıl sadəcə anasını və özbək əsilli dayılarını öldürməyib, həm də sünni təriqətinə mənsub olan türk və kürdlərin də kütləvi şəkildə zəhərlənmələrinə, qətliamlarına fərman verib.

Gülnar Əliyeva

BIR CAVAB BURAXIN