Türkiyə XİN Qaşıqçı ilə bağlı audioyazının ABŞ-a verilmədiyini bildirib

0
450

Türkiyə Camal Qaşıqçı ilə bağlı audioyazını heç kimə verməyib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə NTV telekanalına açıqlamasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, jurnalistin ölümü ilə bağlı aparılan istintaq araşdırmaları zamanı bəzi informasiyalar əldə edilib. Çavuşoğlu istintaq araşdırmaları başa çatandan sonra bu barədə beynəlxalq aləmə məlumat veriləcəyini bildirib.

Xatırladaq ki, ABŞ Dövlət katibi Maykl Pompeonun Ankaraya səfəri zamanı Qaşıqçıya verilən cəzanın auduo yazısını dinlədiyi barədə və bununla əlaqədar materialların Türkiyənin müvafiq qurumları tərəfindən ona təqdim edildiyi barədə məlumatlar yayılmışdı.

 

 

 

BIR CAVAB BURAXIN