Türkiyə vətəndaşı evlənmək vədini yerinə yetirmədi, 160 min dollar cərimələndi

0
552
 

Türkiyə məhkəməsi 31 yaşlı kişini 160 min dollar məbləğində cərimə edib. Buna səbəb yerli vətəndaşın Yaponiyadan gəlmiş 48 yaşlı turist qadına evlənmək vədi verərək, onu aldatması olub.

Virtualaz.org “Hurriyet Daily News” nəşrinə istinadən xəbər verir ki, hakimlərin fikrincə, bu qərar qadına vurulmuş mənəvi zərər müqabilində yetərincə əsaslıdır. Eyni zamanda, məlum olub ki, evlənməyə söz verərək, yaponiyalı qadının həm də pulunu mənimsəmiş türkiyəli kişi evlidir.

Mənbəyə görə, bundan əvvəl o, dəfələrlə əcnəbi qadınlara evlənmək sözü verərək, pullarını mənimsəyibmiş.

BIR CAVAB BURAXIN