Türkiyə Təhlükəsizlik Şurası Kürdüstandakı referendumu qeyri-qanuni adlandırdı

0
630
 

Türkiyənin Milli Təhlükəsizlik Şurası (MTŞ) İraq Kürdüstanında müstəqillik haqqında referendumu qanunsuz və qəbuledilməz adlandırıb.

Virtualaz.org bildirir ki, bu barədə Haber 7 məlumat yayıb.

Məlumatda bildirilir ki, MTŞ-in prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün keçirilən iclasındakı müzakirələrin yekununda bəyanat qəbul edilib. Bəyanatda vurğulanır ki, Ankara beynəlxalq hüququ müdafiə edəcək.

“Referendum qanunsuzdur və qəbuledilməzdir. Bu, regiona və dünyaya təhlükə yaradacaq çox ciddi səhvdir. Əgər referendum baş tutacaqsa, onda Türkiyə beynəlxalq hüququ müdafiə edəcək. İraqın bütün xalqları – ərəblər, kürdlər, türkmənlər — yalnız vahid ölkə çərçivəsində dinc yaşaya bilərlər. Referendum dəhşətli nəticələrə gətirib çıxaracaq”, — sənəddə deyilir.

Qeyd edilir ki, Ankara İraq Kürdüstanı və İraqın mərkəzi hökuməti arasında bütün mübahisəli məsələlərin konstitusiya əsasında nizama salınması üçün səy göstərməyə hazırdır.

BIR CAVAB BURAXIN