Türkiyə Suriyaya növbəti tank birləşmələrini yeridə bilər

0
532

YPG (kürd xalq özünümüdafiə dəstələri) və “Demokratik İttifaq” (PYD) qüvvələri Menbic şəhərini tərk etməsələr, Türkiyə sayca üçüncü dəfə tank birləşmələrini Suriyaya yeridə bilər.
Trend-in xəbərinə görə, bu barədə “HaberTürk” qəzeti hərbi mənbələrə istinadən məlumat verir.
Qəzet yazır ki, YPG və PYD ABŞ və Türkiyə arasındakı sazişə riayət etməlidirlər. Sazişə əsasən hər iki qruplaşma Fərat çayının qərb sahilini tərk etməlidir.

BIR CAVAB BURAXIN