Türkiyə şokda: Uniformalardan “türk” sözü götürüldü

0
628

Türkiyədə kürdlərin hüquqlarını müdafiə edən Xalq Demokrat Partiyası (HDP) tərəfindən vaxtilə gündəmə gətirilən məsələ Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən “həll” edilib. Söhbət hərbi uniformaların üzərində göytürkcə yazılmış “türk” sözü və Bozqurd simvolunun ləğvindən gedir.

Teleqraf.com xəbər verir ki, TSQ-nın təlimatında uniformalarda hərbçinin adı, təmsil etdiyi bölümün simvolu, dövlət gerbi xaric heç bir aksesuarın yer almaması əmr edilir.

Təlimatın dərhal yerinə yetirilməsi hərbi hissə komandirlərindən tələb edilir.

Qeyd edək ki, HDP-li deputat Filiz Kerestecioğlu hərbi uniformalar üzərindəki simvollarla bağlı yazılı çıxış etmişdi. O qeyd edib ki, uniformalarda aşırı milli simvollardan istifadə olunur. TSQ-nın bugünkü qərarı HDP-li deputatın qaldırdığı məsələdə haqlı olması anlamına gəlir.

Amma TSQ-nın qərarı Türkiyə ictimaiyyəti tərəfindən ciddi narazılıqla qarşılanıb. Sosial şəbəkədə “Göytürk simvoluna toxuna bilməzsən” haştaqı ilə kampaniyaya başladılıb. İnsanlar göytürkcə yazılmış “türk” sözü və Bozqurd simvollarını paylaşaraq Müdafiə Nazirliyindən bu qərarı ləğv etməsini tələb edirlər.

BIR CAVAB BURAXIN