Türkiyə Şanxay Birliyinin üzvü ola bilər

0
636

11

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan və Özbəkistan səfərindən qayıtdıqdan sonra Avropa İttifaqınıi (Aİ) tənqid edərək mühüm bəyanatlar verib.
“Sabah”qəzeti bildirir ki, ölkə başçısı Avropa İttifaqının yeganə seçim olmadığını deyib və ona alternativ kimi Şanxay Birliyini göstərib.
“Brexit yayıla bilər. Fransa və İtaliyadan belə fikirlər yayılır. Bu cür hallarda Türkiyə özünü sakit hiss etməlidir. Niyə Türkiyə Şanxay Birliyinin üzvü olmasın?” –deyə Ərdoğan söyləyib. Türkiyə lideri bu məsələ ilə bağlı Rusiya və Qazaxıstan prezidentləri ilə müzakirə apardığını da vurğulayıb.(“Qafqazinfo”)

BIR CAVAB BURAXIN