Türkiyə ordusu bu müsəlman ölkəsinə yeridildi

0
397

Türkiyə Silahlı Qüvvələrinin Liviyaya göndərdiyi ilk qoşunlar xidmətə başlayıb.

Publika.az xəbər verir ki,prezident Rəcəb Tayyib Ərdoğan qoşunların Liviyada olduğunu şəxsən təsdiqləyib.

Liviya Milli Barışıq Hökuməti türk ordusunun paytaxt Tripolidə xidmətə başladığını açıqlayıb.

“Mehmetçik” ilk olaraq çevrilişçi general Xəlifə Haftarın hərbi hava qüvvələrinə zərbə vuracaq.

Liviya Ordusu Ehtiyat Qüvvələri komandiri Nəsir Əmmar Türkiyənin onlara hava hücumundan müdafiə sistemi, radiolokasiya qurğuları və mütəxəssislər göndərdiyini deyib. Bildirib ki, bu sistemlərlə istənilən təyyarələri vurmaq olar.

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə yaxın mətbuat orqanlarının xəbərinə görə, Türkiyə Tripoliyə radiolokasiya və ultrasəs dalğalara müdaxilə edən cihazlar da göndərib. Bu cihazlar Haftarın hərbi hava qüvvələrini korlaşdıracaq. Bundan başqa, gecə görmə üçün lazım olan cihazlar da göndərilən silahlar arasındadır.