Türkiyə ordusu Suriyanın Cerablus şəhərini İŞİD-dən azadetmə əməliyyatına başlayıb

0
99

Türkiyə ordusu koalisiya təyyarələrinin dəstəyi ilə Suriyanın şimalındakı Cerablus şəhərini  İŞİD terrorçularının azadetmə əməliyyatına başlayıb.

 

APA-nın xəbərinə görə, “Anadolu” agentliyinin yaydığı məlumatda bildirilir ki,  Cerablusdakı əməliyyat Türkiyə sərhədlərinin terrorçu qruplaşmalarından təmizlənməsinə və Suriyanın ərazi bütövlüyünün qorunmasına yönəlib.

 

Məlumatda həmçinin qeyd olunur ki, hərbi əməliyyat yeni miqrasiya axınlarının qarşısının alınmasına və dinc əhaliyə humanitar yardımların çatdırılmasına yönəlib.

 

Bundan əvvəl Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Türkiyə hökumətinin Cerablus şəhərinin  İŞİD-dən azad olunması uğrunda əməliyyata istənilən yardım göstərməyə hazır olduğunu bildirib.

Sosial səhifələrdə paylaş

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

one × one =