Türkiyə ordusu İŞİD-in nəzarətində olan bölgəyə daxil oldu

0
183

Türkiyə Silahlı Qüvvələrinə məxsus tanklar terrorçu İŞİD-in nəzarəti altında olan Suriyanın Çobanbey bölgəsinə daxil olub.

“Haber7” xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri bu bölgəyə hərəkət etmək üçün bir neçə gün hazırlıq görüblər.

Məlumata görə, 4 tank Çobanbeyin Əlibəyli sərhəd kəndinə keçərək bölgənin mərkəzinə doğru hərəkət edib.

Xəbərdə bildirilib ki, avqustun 24-də başlayan “Fərat qalxanı” əməliyyatında Cerablusdan sonra Çobanbey bölgəsində əməliyyata başlanılıb.

Məlumata görə, Türkiyə-Suriya sərhədində 20-dən çox tank isə gözləyir.

Xəbərdə vurğulanıb ki, Çobanbey qəsəbəsinin sakinləri türkmənlərdir. Bununla da Cerablus-Çobanbey əlaqəsini təmin etmək üçün “Fərat qalxanı” antiterror əməliyyatının üçüncü mərhələsi başlayıb. Hədəf bu mərhələdə 10 gün ərzində 70 kilometrlik ərazinin terrorçu İŞİD qruplaşmasından təmizlənilməsidir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

2 × one =