Türkiyə İncirlik bazasını Rusiyanın sərəncamına verə bilər

0
287

Türkiyə İncirlik aviabazasını Suriyada antiterror əməliyyatları aparmaq məqsədilə Rusiya Hava-Kosmik Qüvvələrinin sərəncamına verə bilər.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, Federasiya Şurasının beynəlxalq və müdafiə komitələri bunu istisna etməyib.

Belə ki, Federasiya Şurasının Beynəlxalq işlər üzrə komitəsinin üzvü İqor Morozov deyib ki, Türkiyə İncirlik bazasını Suriyada antiterror əməliyyatları aparmaq məqsədilə Rusiya Hava-Kosmik Qüvvələrinin sərəncamına verə bilər: “Bu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya qarşı atdığı müsbət addımların məntiqi davamı ola bilər.”

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

two − 1 =