Türk ordusu İŞİD-in başına “Fırtına” yağdırdı

0
198

İŞİD hədəflərinə “Fırtına” topları və “Qrad” raketləri vasitəsilə 238 atış həyata keçirilib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin “Fərat qalxanı” ilə bağlı açıqlamasında deyilib.
Müxaliflərin də iştirak etdiyi əməliyyatlar zamanı Rai bölgəsindəki Tall Ar, Ziyadiyah və Guru məhəllələrinə nəzarət ələ keçirilib və bir terrorçu öldürülüb.
Sözügedən ərazilərdə İŞİD-lə atışmaların davam etdiyi bildirilib.
Bundan əlavə, Əyyubiyah ərazisini isə İŞİD-in ələ keçirdiyi vurğulanıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

17 − fifteen =