Türk general sensasiyalı açıqlamalar verdi

0
1042

“Zeytun budağı” əməliyyatının əsl məqsədi PYD-nin həyata keçirdiyi assimilyasiya siyasətini aradan qaldıraraq bölgəni əsl sahiblərinə təslim etməkdir”.

Arazinfo.com Publika.az-a istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatını şərh edən türkiyəli ehtiyatda olan general İhsan Başbozkurt “Yeni Şəfəq” nəşrinə müsahibəsində deyib.

Generalın sözlərinə görə, əməliyyatın ən kritik nöqtəsi coğrafi olaraq Tel Rıfat, Minnığ və İdlibdəki müşahidə nöqtələrinin olduğu xəttin birləşdirilməsidir. O qeyd edib ki, əməliyyatın ağırlıq mərkəzini Afrinin mərkəzinin ələ keçirilməsi təşkil edir.

“Hərəkatın ən önəmli nəticəsi Fransanın müəyyən etdiyi, ata Əsəddən indiyə qədər vəd edilən və Hatayın torpaqlarımızdan qoparıldığı Sevr masasındakı xəritənin tarixə gömülməsi olacaqdır. Gələcək nəsillərin önünə bu xəritələrin bir daha çıxarılmaması üçün Afrin əməliyyatı çox əhəmiyyətlidir”, – general söyləyib.. ”

Onun sözlərinə görə, Afrin aşağıdakı xüsusiyyətlərə malikdir: “Afrin PKK üçün bir pirat dövlətin qurulmasında son zəncir, son halqadır. Üç kanton var idi: Cəzirə, Kobani və Afrin. Əgər PKK Afrindən çıxarılarsa, bu qalalardan biri yıxılacaq. Terror dəhlizinin sonu qırılacaq. Bu, təşkilat üzərində böyük təzyiq yaradacaq. Terror təşkilatı Münbiçdə, hətta Tel-Abadda qala olmayacaq. Bu halqa Suriya xalqları və tayfalarının də üsyanı ilə dalğanı əksinə çevirəcək və Rakkaya, Ayn İsaya çatacaq”.

General Başbozkurt “Zeytin budağı” əməliyyatı ilə dünyaya çox açıq şəkildə mesajların verildiyini vurğulayıb: “Əməliyyat terror təşkilatları ilə iş tutanlara “artıq bu sevdadan əl çəkin” mesajıdır. Xüsusilə ABŞ və İsrailin əlaltılarına bir mesajdır. “Böyük İsrail” layihəsi artıq masadan qalxıb” mesajıdır. Rusiya və İrana “artıq tam olaraq harada dayanacağınızı dəqiq müəyyənləşdirin” mesajıdır. Bu əməliyyat əsrlərdir bölgəmizi istismar edən Sevr planına “dur” mesajıdır”.

Ömər Dağlı

BIR CAVAB BURAXIN