Trampla Putin arasında Parisdə görüş baş tutmayacaq

0
47

 

Rusiya və ABŞ prezidentlərinin Parisdə nəzərdə tutulan görüşü baş tutmayacaq.

Arazinfo.com-un rambler.ru-ya istinadən verdiyi məlumata görə buna səbəb Fransa prezidenti Makronun görüşün təxirə salınması barədəki xahişi olub. Makron bildirib ki, Parisdə I dünya müharibəsinin 100 illiyi təntənə ilə qeyd olunacaq və iki ölkə prezidentlərinin görüşü diqqəti bayramdan yayındıra bilər.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Parisdə Tramp və Putin arasında görüş keçiriləcək. Rusiyada bu görüşə böyük ümiudlər bəsləyir və onun nəticəsi olaraq ölkəyə tətbiq edilən sanksiyaların yüngülləşdiriləcəyinə ümid edirdilər.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

one × three =