Trampın təyyarəsi “Bombardier Global Express”lə toqquşub

0
481

Bu gün ABŞ prezidenti Donald Trampa məxsus  “Boeing757” təyyarəsi La-Quardiya hava limanında ikimotorlu “Bombardier Global Express”lə toqquşub.

Arazinfo.com-un verdiyi məlumata görə, bu barədə “The Nevv Times” bildirib. Qəzetin yazdığına görə, hadisə Nyu-Yorkun La-Quardiya hava limanında baş verib. “Bombardier Global Express” hərəkətdə olarkən dayanacaqda dayanan Donald Trampın “Boeing757” təyyarəsinə çırpılıb. Nəticədə prezidentin təyyarəsinin qanadı zədələnib. Hadisə baş verən vaxt “Bombardier Global Express”in göyərtəsində 3 nəfər olub. Hadisə ilə bağlı polis təhqiqat aparır.