Trampın impiçmentinə dair qətnamə Konqresə təqdim edildi

0
475

 

Demokratlar partiyasının bir qrup nümayəndəsi ölkə prezidenti Donald Trampın impiçmentinə dair qətnaməni ABŞ Konqresinin gündəliyinə əlavə ediblər.

APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, demokratlar Trampı ABŞ Konstitusiyasının bir neçə maddəsini pozmaqda ittiham edirlər. İttihamlardan birində D.Trampın “Trump International Hotel” oteli vasitəsilə xarici siyasətçilərdən vəsaitlər əldə etdiyi iddia olunur. Daha bir iddiaya əsasən, D.Trampın hakimiyyətə gəlməsi Rusiyanın 2016-cı ildə prezident seçkilərinə müdaxiləsi nəticəsində mümkün olub. Qətnamə müəllifləri hesab edirlər ki, D.Tramp hərəkətləri ilə Rusiya müdaxiləsinin araşdırılmasına əngəl törədib.

BIR CAVAB BURAXIN