Trampdan Ərdoğana Liviya xəbərdarlığı

0
38

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Sputnik yayıb.

Məlumata görə, liderlər ikitərəfli məsələlərlə yanaşı, Liviya və Suriyadakı son vəziyyəti və regiondakı hadisələri müzakirə ediblər.

Telefon danışığı zamanı İraqda ABŞ təhlükəsizlik qüvvələrini hədəf alan hadisələrdən narahat olduğunu bildirən Ərdoğanın ABŞ səfirliyinə qarşı keçirilən iğtişaşların bitməsindən də məmnun olduğu qeyd edilib.

***

ABŞ Prezindeti Donald Tramp Liviya məsələsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana xəbərdarlıq edib.

Bu barədə Ağ Evin yaydığı məlumatda bildirilib.

Məlumata görə, bu gün liderlər arasında baş tutan telefon danışığında Tramp Türkiyənin Liviyaya əsgər göndərməsi məsələsinə münasibət bildirərək, xarici müdaxilənin Liviyadakı vəziyyəti daha da qarmaqarışıq hala gətirəcəyi barədə Ərdoğana xəbərdarlıq edib.