Tramp yalançı çıxdı – kürdlərə silah verilməsini dayandırmayıb

0
594

ABŞ müdafiə nazirliyi kürd döyüşçülərdən ibarət “Suriya Demokratik Qüvvələri”ni (SDQ) silahlandırmaqda davam edir.

Arazinfo.com APA-ya istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Robert Menninq gündəlik brifinqdə deyib.

Onun sözlərinə görə, Pentaqon hazırda kürd dəstələrinə hərbi dəstəyin göstərilməsində prioritetlərin dəyişməsi mümkünlüyünü nəzərdən keçirir. “Əsas odur ki, İŞİD silahlıları Suriya ərazisinə dönə bilməsin”, deyə R.Menninq qeyd edib.

Xatırladaq ki, noyabrın 24-də Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu bildirmişdir ki, ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bundan sonra Suriyadakı kürd qruplaşmalarına silah verməyəcəklərini bəyan edib.

BIR CAVAB BURAXIN