Tramp növbəti prezident seçkilərində iştirak edəcək

0
415

ABŞ prezidenti Donald Tramp 2020-ci ildə keçiriləcək növbəti prezident seçkilərində iştirak edəcək.

Mediainfo.az-ın verdiyi məlumata görə, bu barədə Tramp The Associated Press-ə verdiyi müsahibəsində deyib. O qeyd edib ki, seçkilərə ” Böyük Amerikanı qoruyub saxlayaq” (Keep America Great) şüarı ilə gedəcək. Ancaq o seçkilərdə yenidən qələbə çalmaq üçün çox işlər görülməsinə ehtiyac olduğunu da öz sözlərinə əlavə edib.

Müsahibə zamanı Tramp Səudiyyə Ərəbistanından olan jurnalistin  itkin düşməsi məsələsinə də toxunub və kral ailəsini hər vasitə ilə müdafiə etməyə çalışıb.

 

 

BIR CAVAB BURAXIN