Tramp impiçment təhlükəsindən qorxur

0
415

ABŞ prezidenti Donald Tramp köməkçiləri ilə söhbətində özünə qarşı Konqres tərəfindən impiçment elan ediməsi təhlükəsindən narahat olduğunu bildirib.

Arazinfo.com-un TASS-a istinadən verdiyi xəbərə görə, Tramp gələn il Konqresin Nümayəndələr Palatasının demokratların nəzarəti altına keçməsindən sonra üzərinə hücumların artacağını söyləyib. Bununla əlaqədar CNN-ə Trampa yaxın mənbənin verdiyi məlumata görə, impiçmentin elan edilməsi təhlükəsi Ağ ev administrasiyasında ciddi şəkildə təşvişlə qarşılanmaqdadır.

Xatırladaq ki, ötən bazar günü Konqresin Aşağı palatasının Hüquq komitəsinin üzvü Cerrold Hadler CNN-ə açıqlamasında deyib ki, əgər Trampın intim əlaqədə olduğu qadınların susması üçün onlara pul təklif edilməsi barədə vəkli Koenə tapşırıq verməsi barədə yayılan xəbər sübut edilsə, onda  ona qarşı impiçment elan ediləcək.