Tramp amerikalıların qətliamını niyə terror adlandırmır?

0
328

Prezident Donald Trampdan ABŞ ictimaiyyəti narazı qalıb.

Teleqraf.com xəbər verir ki, buna səbəb prezidentin Texas ştatında baş verən qətliamla bağlı açıqlamasında hadisəni törədən şəxs haqqında terrorist ifadəsini işlətməməsidir.

O, Tokio səfəri zamanı Texasda baş verən qətliamdan danışıb. Prezident kilisədə yaşanan faciə haqqında “bu, bir silah problemi deyil” söyləyərək hadisəni törədənin əqli problemi olduğunu dilə gətirib.

Məlumatda bildirilir ki, hazırda ABŞ cəmiyyətində Trampın ölkədə baş verən hadisələrə münasibətdə işlətdiyi ifadələr ciddi müzakirə olunur. Son dəfə Las-Veqası qana boyayan Stepan Paddok haqqında prezident “xəstə və dəli” ifadəsini işlətmişdi.

Texas qətliamını həyata keçirən Devin Patrik Kelley haqqında isə Tramp “əqli durumu son dərəcə problemli olan şəxs” ifadəsini dilə gətirdi.

Prezident ağ amerikalıların həyata keçirdiyi bu kimi hadisələrlə bağlı terror və terrorçu ifadələri işlətmədiyi üçün tənqid edilir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

fourteen + 2 =