Toto Kutunyonun adı Ukraynada qara siyahıya salınır

0
552

Ukraynalı deputatlar Toto Kutunyonun ölkəyə girişinə qadağa qoyulmasını tələb edirlər.

Mediainfo.az-ın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, Radanın bir qrup deputatı bu gün Təhlükəsizlik naziri Vasili Qritsaka müraciət edərək onu  italiyalı müğənni Toto Kutunyonun ölkəyə girişinə qadağa qoymağa çağırıblar. Buna səbəb Toto Kutunyonun Rusiya tərəfindən işğal edilən Krıma münasibətdə rusiyayönümlü mövqe nümayiş etdirməsidir. Xatırladaq ki, artıq Ukrayna tərəfindən analoji ittihamlarla məşhur italiyalı müğənni Al Bano, həmçinin aktyor və rejissor Mikele Plaçidonun adı qara siyahıya salınıb.