Tokio Moskvadan konstruktiv dialoq gözləyir

0
476

Bu gün Moskvada Ruysiya prezidenti Vladimir Putinlə Yaponiya Baş naziri Sintzo Abe arasında görüş keçiriləcək.

Arazinfo.com-un TASS-a istinadən verdiyi xəbərə görə, axşam saatlarında baş tutacaq görüşdə əsas müzakirələr Kuril adlarının bir hissəsinin Yaponiyaya qaytarılması ətrafında gedəcək. Məsələyə münasibət bildirən Yaponiya nazirlər kabinetinin baş katibi Yesixide Suqa deyib ki, Tokio Abe ilə Putin arasındakı danışıqlar zamanı Moskvadan konstruktiv addımlar atılmasını gözləyir.

Yesixide Suqa: “Bu günkü danışıqlar Yaponiya vaxtı ilə axşam keçiriləcək. Ona görə də öncədən hansısa proqnozlar vermək istəmirəm. Ancaq onu deyə bilərm ki, bizim baş nazirimiz danışıqlar zamanı sülh anlaşması imzalanması istiqamətində  addımlar atılacağına ümid edir. Biz tərəflər arasında konstruktiv diskussiyalar gözləyirik”,-deyib.